22 Şubat 2018 Perşembe

Kiş kəndi Şəki şəhərinin kənarındadır. Burada Müqəddəs Yelisey kilsəsi (Alban kilsəsi) yerləşir. Kilsə Alban Həvari kilsəsinə aiddir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidi. Müxtəlif dövrlərdə alban, gürcü, erməni kilsəsi kimi fəaliyyət göstərib. Qədim dövrlərdən bəri yerli əhalidə formalaşan bir inanca görə kilsənin divarlarına dilək diləyib qəpik yapışdırırlar. Kilsənin özünə məxsus dizaynı var. İçəri daxil olduqda bir anlıq orta əsrlərə səyahət etmiş kimi hiss etdim. Kilsənin içərisində keçmiş dövrə aid bəzək və məişət əşyaları var, bu əşyaların köməyi ilə həmin dövrün dəbini də öyrənirik. Kilsədən kənara çıxdıqda isə bir neçə alban qəbirlərini görürük. Burada yerləşən insan qalıqlarını müşahidə edərkən görürük ki, erkən orta əsrlərdə yaşayan albanlar hazırkı yerli xalqla müqayisədə daha iri bədənə sahib olmuşlar. Kilsənin qarşısında yerləşən və diqqətimi çəkən büstdən bəhs etməmək olmaz, belə ki, kilsə acınacaqlı vəziyyətdə olarkən məhşur norveçli səyyah Tur Heyerdalın səyi nəticəsində kilsə 2001-ci ildə əsaslı təmir olunmuşdur.